Londonda evsizlərə qarşı mərhəmətsiz tətbiq
İngiltərənin paytaxtı Londonun bəzi lüks məhəllələrində evsizlərin
gecələri gəlib yatmalarına mane olmaq üçün körpü altlarına və bəzi
divar künclərinə iti metallar yerləşdirilib. MOvqe.Az xəbər verir
ki, həvəskar fotoqraf Andru Horton tərəfindən Sauzvork bölgəsindəki
bina girişlərində göstərilən tətbiq, bir çox sosial media
istifadəçisi tərəfindən xoş qarşılanmayıb. Tvitter istifadəçisi
Deyvid Vels, "evsizlərə qarşı qoyulan bu metallar, göyərçinləri
binalardan uzaqlaşdırmaq üçün istifadə olunan çubuqlara bənzəyir.
Artıq möhtac olana parazit gözüylə baxılır" şərhini edib.