Əlaqə Arxiv
news Image
2014.06.09
16:02
| A A A
Bu xristian ölkəsində ilk dəfə Quran oxundu

Katoliklərin ruhani lideri Papa Françis Vatikanda 3 böyük dinin başçısı ilə birlikdə Fələstin Dövlət Başçısı Mahmud Abbas və İsrail prezidenti Şimon Peres ilə görüşüb. Görüşdə dini liderlər dua edərkən tarixdə ilk dəfə Vatikanda Quran-ı Kərim oxunub. ABŞ-ın öndərliyində reallaşan sülh görüşlərindən nəticə ala bilməyən İsrail və Fələstin, həftələr sonra ilk dəfə Papa Françisin liderliyində Vatikanda sülh danışıqları edib. Din adamlarıyla yanaşı Fələstin Dövlət Başçısı Mahmud Abbas və İsrail prezidenti Şimon Peresin qatıldığı danışıqlarda sülh mesajları verilib.


Movqe.Az xəbər verir ki, Vatikanın bağçasında həyata keçirilən danışıqlarda Xristian, Yəhudi və Müsəlman din adamları öz dillərində dua oxuyub. İlk dəfə Vatikanda bir Müsəlman Quran-ı Kərim oxuyaraq tarixə keçib. Bir saat davam edən görüşə Katolik xristianlarıyla yanaşı Ortodoksların dini lideri Fənər Rum Patriarxı Bartholomeus da qatılıb.


İsrail və Fələstinlilərin sülhə möhtac olduğunu söyləyən İsrail prezidenti Şimon Peres, "Uşaqlarını itirən anaların ağrılarını ürəyimizdə yaşayırıq. Göz yaşlarına və qarşıdurmalara son verməyimiz lazımdır. Hamımızın sülhə ehtiyacı var" deyib.


Görüşlərdən sonra sülh əlaməti olaraq Papa Françis və ölkə liderləri Vatikanın bağçasına zeytun budağı əkib və dua edib.

Sizin Reklam Yeriniz