news Image
2014.06.10
10:23
| A A A
Wozniak tetris çempionu olub!

"Apple"ın qurucularından Stiv Vozniakın illər sonra tetris çempionu olduğu ortaya çıxıb.


Movqe.Az xəbər verir ki, "Apple"ın qurucularından olan və eyni zamanda müasir kompüter çağının memarlarından sayılan Stiv Vozniakın, keçmişdə bir Tetris tutqunu olduğu və hətta Nintendo Power jurnalının təşkil etdiyi çempionatda liderliyi heç kimə qoymadığı ortaya çıxıb.


Stiv Vozniak, Tetrisdəki rekordunu sənədləşdirən fotoşəkillərlə Nintendo Power jurnalına müraciət edərək davamlı siyahının ən üst sırasını tutduqda, jurnal redaktorları başqa oxucularının həvəsi qırılmasın deyə Vozniaka artıq rekord tələblərini qəbul etməyəcəklərini belə bildirmişi. Ancaq bu qadağa Vozniaka t əsir etməmişdi. Stiv Vozniak, bu dəfə adının hərflərini tərsdən yazaraq Evets Kainzov adında saxta bir oyunçu profili yaratmış və yaşadığı şəhər məlumatını da dəyişdirərək jurnala yenidən rekord müraciəti etmişdi. Jurnal rəhbərliyi də bu hiyləni başa düşmədiyindən, Vozniak, saxta adla belə yenidən çempion olmuşdu.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs