news Image
2014.06.10
11:26
| A A A
Qadın sünnətləri ilə bağlı qaynar xətt yaradıldı

İngiltərə qadın sünnətlərinə (FGM) qarşı olan tətbiqlərinə davam edir. Bu haqda Movqe.Az "Guardian"a istinad edir. Belə ki, İngiltərə və Uelsdə bunun üçün NSPCC adlanan  və 24 saat  fəaliyyət göstərən qaynar xətt yaradılıb. Qadın sünnətləri hallıarından şübhələnənlər 0800 028 3550 nömrəsinə zəng edərək anonim halda şikayətlərini çatdıra bilərlər. Qaynar xəttlə bağlı posterlər Birmingham, Mançester, Leicester, Bristol, Şeffild, Liverpul və Kardif kimi şəhərlərdə asılıb. İndiyə qədər 200-ə yaxın insanın qaynar xəttdə müraciət etdiyi bilinir. Hazırda İngiltərədə 20.000-ə yaxın yaşı 15-dən aşağı olan qız qadın sünnəti riski altındadır, 66.000 qadın isə arıq sünnət olunub.

 

İngiltərədə yaşayan miqrantlar qadın sünnətləri ənənəsini davam etdirirlər. İngiltərədə oxuyan qızlar yay tətilində evlərinə qayıdanda sünnət olunurlar". Qızların sünnət olunduğu şəhərlərə  London, Birmingham and Bristol daxildir. Bildirək ki, qadınların genetal bölgələrinin kəsilməsi 1985-ci ildən qadağan edilib. 2003-cü ildə İngiltərədə bunu edən şəxsə 14 il həbs cəzası verilib. Noyabr ayında isə, iki nəfər 5 həftəlik körpə qız uşağını sünnət etməkdə təqsirli bilindiyindən həbs edilmişdi. Bundan başqa İngiltərə Təhsil Nazirliyi tərəfindən bütün məktəb direktorlarına məktub göndərilərək tədbirlər alınmağa başlanmışdı. Məktəblərdə valideynlərlə bu mövzuda bir çox iclaslar keçirilmiş, məlumatlandırma işləri aparılmışdı.

 

Qadın sünnətləri Afrikada 2011-ci ildən qanunsuzdur.  Buna baxmayaraq, sünnət Afrikanın 28 şəhərində qeydə alınıb.

 Qadın sünnəti, klitoris seqmenti, bızır seqmenti və ya genital əlillik, ümumiyyətlə prepus və klitorisin kəsilərək alınması şəklində görülən cərrahi əməliyyatdır. Birləşmiş Millətlər Təşkilatının, Dünya Səhiyyə Təşkilatı və müxtəlif dövlətlər tərəfindən genital əlillik olaraq adlandırılmaqdadır. Xüsusilə orta Afrika qəbilə cəmiyyətlərində və bəzi Cənub-Şərqi Asiya ölkələrində edilən daha çox ənənəvi bir əməliyyatdır.

Klitor kəsimi xüsusilə orta Afrika qəbilələrində həyata keçirilən bir tətbiqdir. Afrika ənənələrinə görə klitoris kəsimi qadının təmizliyi və saf bir ana ola bilməsi üçün lazımlıdır. Klitor seqmenti edilməmiş qadınların evlənməsini doğru qarşılamırlar . Bəzi qəbilələr isə uşağın doğum əsnasında kəsilməmiş klitorisə dəyməsi vəziyyətində öləcəyinə inanırlar.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs