Əlaqə Arxiv
news Image
2014.06.11
00:15
| A A A
Yuxunun yaddaş üzərində təsirləri

Məlumata görə Çin və ABŞ-da olan alimlər qrupu təkmil mikroskop vasitəsilə yuxu zamanı beyin hüceyrələri arasında yaranan yeni bağlantıları və ya sinapsları müşahidə edib. Onların sözlərinə görə yuxu tələbatına laqeyd münasibət "xəstəliklərə yol açır". Yuxu həmçinin insan beynini zəhərlərdən təmizləməyə kömək edirmiş.

Science jurnalında dərc olunmuş məqalədə deyilir ki, hətta ən intensiv məşq də itirilmiş yuxunun yerini doldura bilmir.

Bəzi ekspertlərin fikrincə, bu araşdırma yaddaş mexanizmlərini müəyyən edir.

Yuxunun yaddaş və öyrənmə prosesindəki rolu elmə çoxdan bəlli idi. Bu mexanizmin öyrənilməsi üçün Nyu York və Pekin Universitetlərindən olan alimlər də siçanlar üzərində təcrübə aparıblar. Siçanlara yeni bacarıq fırlanan çubuğun üzərində gəzmək öyrədilib.

Bundan sonra tam yuxusunu alan və yuxudan məhrum edilən siçanların beyni mikroskop altında müşahidə edilib.

Təcrübə göstərib yuxusunu alan siçanların beynində daha çox bağlantılar yaranır və onlar nəticədə daha yaxşı təlim oluna bilirlər.

"Psixologiya və Davranış jurnalı" beyin istiliyi və zehni məhsuldarlıq ilə əlaqədar məqalə işıqlandırıb. Məqalədə yuxu nizamsızlığı və stressin beyin istiliyinə səbəb olduğu, əsnəməyin isə buna kömək etdiyi bildirilir.

İnsanlar darıxanda və ya yorulanda, yatmaq istəyəndə, orqanizm gərginlik halından dincəlmə halına keçdikdə əsnəmə halları olur. Alimlər sübut ediblər ki, çox əsnəyən insanların üz qırışları da az olur. Qavrama qabiliyyəti güclənir, dəri hüceyrələri daha çox oksigen qəbul edir. Bundan başqa əsnəmək qan təzyiqinin normallaşmasına, əsəb gərginliyinin aradan qalxmasına və yaranan ağrıların azalmasına da təsir göstərir. Həmçinin beyin istiliyini tarazlıqda saxlamaqla hüceyrə mübadiləsinə yardım edir, qanda olan oksigen miqdarını artır. Bu baxımdan insanlar, oksigen almaq və bədənində olan karbon qazını boşaltmaq üçün daha çox əsnəməyə başlayır.

Sizin Reklam Yeriniz