Əlaqə Arxiv
news Image
2014.06.11
14:07
| A A A
Dizel yanacağının tüstüsü xərçəngə səbəb olur?

Dizel yanacağının tüstüsü xərçəng xəstəliyinə səbəb olur. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) xərçəng xəstəliyi üzrə mütəxəssisləri bu qənaətə gəliblər. 

Onlar dizel yanacağının istifadə edildiyi mühərrikdən çıxan tüstünün xərçəng yaratdığına dair tutarlı sübutlar tapdıqlarını bildiriblər.


Daha əvvəl isə Ümumdünya Səhiyyə Təşkilatı sadəcə dizel yanacağının tüstüsü ilə xərçəng xəstəliyi arasında əlaqənin olması ehtimalını irəli sürürdü.


Fransanın Lion şəhərində aparılan müzakirələrdən sonra mütəxəssislər dizel tüstüsünün statusunun "mümkün karsinogen"dən "karsinogen"ə qaldırılmasının vacibliyini vurğulayıblar. Onların fikrincə, dizel tüstüsünü udan sürücülər, piyadalar, gəmi heyəti və sərnişinləri, dəmiryol işçiləri, mexaniklər və mədən işçiləri ağciyər xərçəngi təhlükəsi ilə üz-üzə qalırlar.


Yeni tövsiyələr bir həftə ərzində, sübutlar hərtərəfli araşdırıldıqdan sonra hazırlanacaq. Təşkilat bütün ölkələrdə dizel mühərriklərindən çıxantüstünün azaldılması üçün işlərin görülməsini vacib hesab edir.

Sizin Reklam Yeriniz