news Image
2014.06.11
20:36
| A A A
Aclıq günləri

Tədqiqatçılar təsdiq edirlər ki, əgər sutka ərzində aclıq etsən ürək-damar xəstəliklərimdən ölüm riski 40% azalır. Bu ideyanı tədqiqatçılara ayda bir dəfə pəhriz edib, aclıq edən mormon dini cərəyanının nümayəndələri vermişdir. 1970-ci ildə Amerika təbibləri belə bir hal aşkar ediblər ki, bu dini cərəyanın nümayəndələri digərlərinə nisbətən ürək- damar xəstəliklərindən dəfələrlə az əziyyət çəkirlər. Lakin bu faktdan istifadə etməyi indi anlamışlar.

Bu yaxınlarda dini baxışlarına görə yox, gözlədikləri dieta çərçivəsində aclıq edən şəxslərin göstəriciləri tədqiq olunmuş, Amerika Kardioloqlar Assosiassiyasının qurultayında təqdim olunmuşdur. Bunun üçün onlar 1994- 2002 və 2004-2006 ci illərin tibbi müayinəsinin (angioqrafiya) nəticələrindən istifadə etmişlər.Ürək-damar xəstəliklərinin miqdarını " aclıq edənlərlə" etməyənlərin arasında müqayisə edərək alimlər belə bir nəticəyə gəliblər: bir günlük aclıq etmək ürək xəstəlikləri riskini 39% azldir. Bununla belə, belə bir vacib faktora fikir vermək lazımdır ki, siqaret çəkmə az da olsa aclıq etmənin faydasına təsir etmir-siqaret çəkənlərə də o məsləhətdir.

Lakin tədqiqatların müəllifləri belə bir xəbərdarlıq edirlər ki, bu tövsiyyələr diabetli xəstələrə aid deyildir. Aclıq etmək istədikdə onlar mütləq öz müalicə həkimləri ilə məsləhətləşməlidirlər.


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs