news Image
2014.06.11
21:15
| A A A
Niyə səyahət etməliyik?

1. Əgər sizin vaxtınız çatmırsa, siz səyahət etməlisiniz

Dəqiqələr, saatlar, günlər və həftələr bir göz qırpımında ötüb keçir. Beləliklə, ömrümüzdən illər ötür. Vaxt bizim heç birimizi gözləmir və siz heç vaxt ona qalib gələ bilməyəcəksiniz.

Vaxt hər zaman qalib gəlir. Məhz vaxtımız az olduğu üçün biz səyahət etməliyik. Yeni təəssuratlar yaşamaq, yeni yerlər görmək üçün sizin yalnız bir anınız var, bu an, bu il…

Əgər siz hər hansısa bir işinizə görə səyahət etməyi təxirə salırsınızsa, siz yəqin ki, heç vaxt səyahət edə bilməyəcəksiniz, çünki sizin həyatınızda daim yeni işlər əmələ gələcək.

2. Əgər siz xarici dillər bilmirsinizsə, səyahət etməlisiniz

Dil bilməməyiniz və yaxud sizin dəhşətli ləhcəniz sizə səyahət etmək üçün maneə olmamalıdır. Siz hər şeyi öyrənə bilərsiniz! Özünüzü sınamaq üçün səyahət etməlisiniz.

Nə qədər çətin olsa da siz xarici insanlar ilə ünsiyyət qurmalı olacaqsınız. Siz yeni sözlər öyrənəcəksiniz. Siz dialoq qurmağı öyrənəcəksiniz.

İlk vaxtlarda siz çətinlik çəkəcəksiniz, lakin daha sonra yad dildə fikrinizi izah edəcəyinizdə özünüzlə qürur duyacaqsınız.

3. Əgər siz dəyişiklikləri sevmirsinizsə, səyahət etməlisiniz 

Bizim həyatımızda daim böyük və ya kiçik dəyişikliklər baş verir. Bu dəyişikliklərdən qaçmaq mümkün deyil. Bizdən asılı olmayan dəyişiklərə görə üzülməyə dəyməz. Özünüz öz həyatınıza müstəqil olaraq dəyişikliklər gətirməyə çalışın. Həyatınızda baş verən dəyişiklikləri idarə etmək istəyirsinizsə, səyahət edin.

4. Əgər sizin pulunuz yoxdursa, siz səyahət etməlisiniz

Bunu qəbul edin ki, sizin həyatınızda heç vaxt o qədər pul olmayacaq ki, siz hər şeyi edə biləsiz. Əgər sizin pullarınız yoxdursa, siz səyahət etməlisiniz. Kim sizə zəmanət verir ki, sizin daha sonra pulunuz olacaq? Əgər sizin pulunuz olacaqsa da siz onu gündəlik vərdişlərinizə sərf edəcəksiniz. Az məbləğə də səyahhət etmək olar.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs