news Image
2014.06.12
11:22
| A A A
Daha bir məşhur vebsayt çökdürüldü

İnternetin bəlkə də ən məşhur saytlarından daha  biri hakkerlərin qurbanı olub və çökdürülüb.


"Google Reader"in bağlanmasının ardınca məşhur hala gələn RSS oxuyucu xidmətlərindən Feedly, hakkerlərin hücumu nəticəsində xidmət verə bilməz hala gəlib. 

Movqe.Az xəbər verir ki, "Feedly"in blog səhifəsində etdiyi şərhdə firmanın "hakkerlərə boyun əymədiyi və hücumun təsirini azaltmaq üçün lazım olan bütün səyləri göstərdiyi" sözləri yer alıb. İstifadəçi məlumatlarının etibarda olduğunu söyləyən Feedly, hücum "təsirsiz hala gətirilən kimi xidmətə yenidən start verəcəyik" məlumatını verib. Bir neçə saat sonra yenə blog səhifəsində edilən şərhdə isə firmanın xidməti yenidən işlək hala gətirmək üçün infrastrukturda bəzi dəyişikliklər edildiyi məlumatı yazılıb.



Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs