news Image
2014.06.12
10:40
| A A A
Soyuducular təhlükə mənbəyidir?

İngilis alimlərin apardıqları araşdırmalar zamanı məlum olub ki, hər birimizin evindəki soyuducu, əslində, insan orqanizmi üçün çox ciddi təhlükə mənbəyidir.

Soyuducunun buzluğu ilə yanaşı, hər rəfində salmonella, listeriya və s. kimi təhlükəli 8 min bakteriya növü tapılıb.


Məlumata görə, İngiltərədəki Avropa Mikrobiologiya Mərkəzinin professoru Pol MakDonnelin başçılıq etdiyi qrup 30 ailənin evindəki soyuducuları laboratoriyalarda testlərdən keçiriblər.


Onlar soyuducuların meyvə-tərəvəz saxlanan rəflərinin hər kvadrat santimetrində 8 min adda bakteriya aşkarlayıblar.


Həmin bakteriyalar arasında listeriya da var.

Xatırladaq ki, ötən ay ABŞ-ın 10 ştatına yayılmış listeriya epidemiyası 20 nəfərin ölümünə səbəb olmuşdu.


"Soyuducunun funksiyası ərzaq və meyvə-tərəvəzi təhlükəsiz şəraitdə saxlamaq, bakteriyaların yaranma ehtimalını minimuma endirməkdir. Lakine soyuducudakı meyvə-tərəvəz orada 24 saat saxlanandan sonra bakteriyalar yayılmağa başlayır. Soyuducu sürəkli təmizlənərsə, bakteriyaların yayılmasının qarşısı alınacaq. Amma onlar tamamən yox olmayacaq", - MakDonnel bildirib.


Professorun sözlərinə görə, meyvə-tərəvəzi soyuducuda ayrı-ayrı, ağzıbağlı qablarda saxlamaq, yeməkdən əvvəl isə limonlu və ya sirkəli suda yumaq gərəkdir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs