news Image
2014.06.13
15:00
| A A A
Göz rənginiz xəstəliklərdən xəbər verir

Göz rəngi, "sağlamlıq"dan xəbər verir. ABŞ-dakı Pittsburgh Universitetinin elm adamlarının araşdırması, göz rəngindən stressə, ağrıya qədər həssaslığın oxuna biləcəyini göstərib.

Movqe.Az xəbər verir ki, hamilə Qafqaz qadınlarının qatıldığı araşdırmada, açıq göz rənginə malik qadınların (mavi və ya yaşıl) ağrıya daha dözümlü, daha az stressli və mənfi düşüncəyə daha az meylli olduqları təyin olunub.

 

Araşdırmada, açıq göz rənginə sahib qadınların doğum əsnasında daha az ağrı hiss etdikləri, daha az stressli olduqları da görülüb.

 

Araşdırma icraçılarından Dr. İnna Belfer, tünd və açıq göz rənginə sahib qadınlar arasındakı fərqliliyin dəri, saç və gözə rəngini verən melanin adlı pigmentdən məsul genlərdən qaynaqlana biləcəyini vurğulayıb.

 

Araşdırmanın nəticələri Amerkan Ağrı Dərnəyinin konfransında təqdim edilib.

 

Daha əvvəl İtalyan elm adamlarının araşdırması, mavi gözlü qadınların diyabet və eşitmə problemləri riskinin daha çox olduğunu göstərmişdi.

 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs