news Image
2014.06.13
19:25
| A A A
Amerika alimləri şizofreniyanın sirrini açdı

Havası güclü şəkildə çirklənmiş ərazilərdə böyüyən uşaqlarda şizofreniya və autizm yarana bilər.


Məlumata görə, bu nəticəyə ABŞ-ın Roçester Universitetinin alimləri gəliblər. Professor Debora Kori-Slehtanın rəhbərlik etdiyi alimlər qrupu yeni doğulmuş siçanların beyninə ətraf mühitin təsirini öyrəniblər.


Alimlər müəyyən ediblər ki, beynin insanlarda autizm və şizofreniya ilə əlaqəli olan hissələri təcrübə siçanlarında ciddi dəyişikliyə uğrayıb.

Təcrübə nəticəsində bəlli olub ki, çirkli hava ilə nəfəs alan siçanlarda qlütamatın səviyyəsi kəskin yüksəlir.

Bu isə autizm və şizofreniyadan zərər çəkən insanlar üçün səciyyəvidir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs