Əlaqə Arxiv
news Image
2014.06.17
12:40
| A A A
Angry Birds Transformers gəlir!

Rovio, növbəti Angry Birds oyununa Transformers gətirəcək. Tezliklə mobil tətbiq mağazalarında xidmətə təqdim ediləcək oyun, bir çox lisenziyalı oyuncaqla birlikdə gələcək. Yeni Angry Birds, Rovionun şərhinə görə "Autobirds" və "Deceptihogs" arasında keçəcək. Movqe.Az xəbər verir ki, ilk dəfə 2009-cu ildə Apple iOS tətbiq mağazası üçün nümayiş lunan Angry Birds, quşları müxtəlif strukturların və donuzların üzərinə atmağınıza icazə verirdi. Qısa müddətdə mobil cihazların sevimlisi olan oyunun bu günə Angry Birds Space, Angry Birds Star Wars kimi  bir çox fərqli versiyası yayımlanıb Rovioya görə bütün Angry Birds oyunları, indiyə qədər 2 milyard dəfə yüklənilib.


Angry Birds Transformersin qiyməti haqqında hələlik hər hansı bir şərh edilməyib; ancaq Rovionun oyunu pulsuz olaraq təqdim edərək, oyun daxili satın almalarla gəlir əldə etməyə üstünlük verdiyi bilinir.

Sizin Reklam Yeriniz