Əlaqə Arxiv
news Image
2014.06.17
19:00
| A A A
Tibb dünyası şokdadır! Əkizlər 39 gün fasiləylə doğuldu!

Tibb dünyası şokdadır! ABŞ-ın Kanzas City əyalətində bir ana əkiz körpələrini 39 gün fasiləylə dünyaya gətirib. Gənc qadın ikinci körpəsini dünyaya gətirmək üçün 39 gün xəstəxanada yatıb.

ABŞ-ın Kanzas City əyalətində ilk körpənin 24 həftəlik doğulmasından sonra həkimlər xüsusi bir şar istifadə edərək ikinci körpənin doğulmasını dayandırıb. Həkimlər hamiləliyin davamı üçün Kovana yataqda müalicə tətbiq edərək, ikinci körpəni 39 gün sonra dünyaya gətirib.

Təcili yardım həkimi olan ata Deyvid Kovan və ana Elene Kovan, Səudiyyə Ərəbistanında yaşayırdı. Əkizlərin doğumu üçün ABŞ-a getməyə qərar verdilər.


Təyyarədə olduqları saatlar ərzində yaranan fəsaddan sonra, həkimlər körpələrdən birini daşıyan su kisəsinin şişdiyini və erkən doğumun başladığını söyləyib. Onlar doğuşa maneə törətməyə çalışıb, lakin uğursuz olduqda əkizlərdən birinin doğumu hələ 24 həftəlikkən reallaşıb.


Xəstəxanada qalaraq hamiləliyi davam etdirən ananın ikinci oğlu ilk doğumdan 39 gün sonra dünyaya gəlib.


Təxminən 650 qram doğulan 24 həftəlik uşaq hələ oksigen müalicəsi görür.

Sizin Reklam Yeriniz