Əlaqə Arxiv
news Image
2014.06.18
15:22
| A A A
Yerin altında nəhəng okean tapılıb

Planetin təkində aşkar edilmiş su ehtiyatı Dünya okeanının həcmindən üç dəfə çoxdur. Alimlər Yerin altında 700 kilometrə yaxın dərinlikdə Dünya okeanının həcmindən üç dəfə çox olan nəhəng su ehtiyatı aşkar ediblər. Kəşf İllinoys ştatındakı (ABŞ) Şimal-Qərb Universitetinin tədqiqatçılarına məxsusdur. Alimlər ümid edirlər ki, bu, planetimizin uzaq keçmişi barədə təsəvvürlərə aydınlıq gətirməyə imkan verəcək və orada suyun necə yarandığını anlamaqda kömək edəcək. "Bu məlumatlar təsdiq edir ki, Yerdəki su daxili mənbəyə malikdir"- ekspertlər qrupuna rəhbərlik edən Stiven Ceykobsen bildirib. 

Su ehtiyatlarından təyinatına görə istifadə etmək olmaz: su lazımi aqreqat vəziyyətdə deyil. 

Su Yerin səthi  və onun nüvəsi arasında yerləşən rinqvudit adlı mineralın daxilindədir. Bu elementin kristal strukturunda süngər kimi suyu özünə hopduran nəsə bir maddə vardır. 

"Yerin təkindəki suyun miqdarı okeanlarda olan suyun miqdarı qədər və ya hətta ondan bir qədər çoxdur. Bu, planetimizin quruluşu haqqında bizim təsəvvürü dəyişdirib"- Stiv Yakobsen qeyd edib. 


Ötən il Braun Universitetindən olan amerikalı alimlər belə bir fərziyyə irəli sürmüşdülər ki, su Yerə kosmosdan gəlib. "Məlumatlar sübut edir ki, karbontərkibli daş meteoritlər- Yer və Ayda və ola bilər ki, bütün Günəş sistemindəki uçucu maddələrin ümumi mənbəyidir"- alimlər vurğulayıblar. 

Geologiya üzrə mütəxəssis və tədqiqatın müəllifi Alberto Saalın sözlərinə görə, son tədqiqatlar müəyyən etmişdi ki, Yerdəki suyun 98 faizi  primitiv meteoritlərdən əmələ gəlir, yəni toqquşma zamanı Yer mayenin bir hissəsini Aya verib. 


Sizin Reklam Yeriniz