news Image
2014.06.18
16:06
| A A A
Uşaq pornosu görüntülərini saxlayanlara cəzalar veriləcək

Yaponiya uşaq pornosu saxlamağı qadağan edib. Yeni qanuna görə uşaq pornosu görüntüsü saxlayanlara 1 ilə qədər həbs və 10 min dollara qədər də pul cəriməsi nəzərdə tutulur. Lakin qadağa, animasiya və Yapon cizgi  filmi olsn Manga görüntülərini əhatə etmir. Yaponiya, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı OECD ölkələr arasında uşaq pornosu saxlamağı qadağan etməyən yeganə ölkə idi. 


Mütəxəssislər; manga sənətçilərinin, ifadə azadlığı müdafiəçilərinin və nəşrçilərin bu qadağana qarşı çıxdığını ifadə edir. 


BBC-nin Tokiodakı müxbiri Rupert Vingfield-Hayes Tokionun uşaq istismarı görüntülərini saxlayan dünyanın qabaqcıl mərkəzləri arasında göstərildiyini söyləyib. 


Movqe.Az xəbər verir ki, Uşaq pornosu ilə əlaqədar cinayətlərin də Yaponiyada artdığı deyilib. Keçən il ölkədə 1664 belə hadisə ortaya çıxarılıb. Bu 10 il əvvəllə müqayisədə 10 dəfə çoxdur.


Bu cinayətlərin yarısından çoxunu şəkil və ya videoların internet vasitəsilə  mübadiləsi və satışını ehtiva edir. 


Yeni qanuna görə bu tip görüntülərə sahib olan istifadəçilərin 1 il ərzində bunlardan xilas olmaları lazımdır. 


Yaponiya 1999-cu ildə uşaq pornosu istehsalını və paylamasını qadağan etmişdi.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs