Əlaqə Arxiv
news Image
2014.06.18
18:24
| A A A
Nyu Yorku siçanlar basdı

ABŞ-ın New York şəhəri siçanların hücumuna məruz qalıb.

Movqe.Az xəbər verir ki, insan sağlamlığına böyük zərəri olan siçanlara qarşı Nyu York bələdiyyəsi 600 min dollar büdcə ayıraraq, mübarizə üçün xüsusi tədbirlər almağa başlayıb. Gələn aydan etibarən cəmi 45 nəfərlik bir qrup 9 fərqli qrupa bölünərək, şəhər daxilində yalnız siçan istilasına qarşı mübarizə aparacaq. Qrup, siçanların sıxlıqla yaşadığı park, kanalizasiya və zibillik kimi sahələrdə zəhərləmə işlərinə balayacaq. Həvəskar kameralara əks olunan görüntülərdə, içərisi sərnişin dolu metro vaqonlarında gəzən siçanlar insanların qaçışmasına, taxtlara çıxmasına və qışqırıq atmasına səbəb olur.

Heç bir maneə tanımayan siçanlar, stansiyalarda yatan insanların üzərinə çıxırlar və insanlara hücum edirlər. 


Mütəxəssislərin etdiyi şərhə görə hazırda Nyu Yorkdakı siçan sayı şəhərdə yaşayan insan sayından iki dəfə çoxdur.

Sizin Reklam Yeriniz