Əlaqə Arxiv
news Image
2014.06.18
22:20
| A A A
Xoşbəxtliyi ölçən tətbiq

Məlumata görə Cambridge Universitetinin mütəxəssisləri ağıllı telefon adlandırılan cihaz sayəsində istifadəçinin psixi halını ölçməyə və xoşbəxtlik nisbətini təyin etməyə imkan verən tətbiqlər həyata keçiriblər. Tətbiq olunan bu cihaz mütəxəssislər tərəfindən cib telefonlarının insan sağlamlığında rolunu ifadə edən layihənin bir hissəsi hesab olunur. 

"EmotionSense" həmin telefon istifadəçilərinin harada olmasını müəyyənləşdirməklə, ordakı mühütin nə qədər gurultulu olduğunu və kimlərlə ünsiyyət halında olması haqqında məlumatları toplayır, daha sonra bu məlumatlar sayəsində istifadəçinin psixi halını ifadə edən hesabatları nəzərdən keçirir. Məlumata görə istifadəçinin psixi halını öyrənmək üçün təqib olunan bu metod daha əvvəl inkişaf etdirilib. Amma bu tətbiq istifadəçinin öz daxil məlumatlarının və telefondakı məlumat qaynaqlarının birləşdirilməsini nəzərə alındığından, ilk dəfə Cambridge Kompüter laboratoriyası tərəfindən reallaşdırıldığı bildirilir. Həmçinin bu metodla istifadəçilərin addım-addım psixoloji hallarının necə dəyişdiyini müşahidə etmək olur. Bunun bir müalicə vasitəçisi olduğuda deyilir.

Məlumatda oda bildirilir ki, istifadəçilərin icazə verməsi halında isə toplanan məlumatlar digər araşdırmaçıların öz təcrübələrini edə bilməsi üçün cəmiyyətə açıq tutulur.

Sizin Reklam Yeriniz