news Image
2014.06.19
11:00
| A A A
6 kameralı telofon!

Telefon mübarizəsi dünən axşamdan etibarən artıq  daha hərarətli olacaq; çünki dünyanın ən böyük online alış-veriş platforması Amazon, çıxardığı ilk ağıllı telefonu "Fire Phone"u tanıdıb. Üzərində dörd sensor daxil olmaqla, altı kamerası olan cihaz 3 ölçülü texnologiyasıyla diqqət çəkir.

 Movqe.Az xəbər verir ki, 4.7 düymlük nəhəng bir ekrana sahib olan Fire Phone-un arxa üzündə optik görünüş stabilizasyiya sistemini istifadə edən 13 megapiksel daxili kamera yerləşir. 2.2 GHz prosessor istifadə edən və 2 GB RAM-dan güc alan cihazın hər iki üzündə də səthin  cızılmasının qarşısını alan Gorilla Glass texnologiyası istifadə edilir.


25 iyul tarixindən etibarən satışa təqdim edilməsi gözlənilən Amazon Fire Phone ilk mərhələdə ABŞ-lı operator AT & T vasitəsilə, iki illik müqavilə qarşılığında 199 dollardan və Amazonun öz internet saytı vasitəsilə müqaviləyə tabe olmadan 649 dollarlıq qiymətlə satışda olacaq

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs