news Image
2014.06.19
16:21
| A A A
Eynicinslilər üçün xüsusi məhəllə tikiləcək!

Hollandiyada homoseksuallara yönəlmiş şiddətin getdikcə artması səbəbiylə, dünyada bənzəri olmayan bir plan həyata keçirilir. Ölkənin 5-ci böyük şəhəri Tilburgda təkcə homoseksuallar, biseksuallar və transseksualların yaşayacağı bir məhəllə yaradılması planlaşdırılır.

 Movqe.Az xəbər verir ki, dünyanın ən liberal ölkələrindən biri olaraq bilinən və homoseksual evlilikləri ilk təsdiqləyən Hollandiyada, homoseksuallara istiqamətli hücum və təcavüzlər də narahatverici həddədir.  "Blauwhoed" adlı şirkət, məhəllə üçün artıq lazımlı icazələri alıb, razılaşmaları edib.

 Plana görə, Tilburgun şimal bölgəsindəki keçmiş təhsil kompleksi "Eynicinsli kəndi" halına gətiriləcək. Ətrafı tamamilə bağlı olacaq bu məskunlaşma vahidi, homoseksuallar üçün "təhlükəsizlik zəmanəti" verəcək həyat təmin edəcək.

"Blauwehoed" şirkəti, planının, homoseksuallara yönəlmiş və  getdikcə artan şiddət və narahatlığa etiraz olaraq hazırlandığını deyir. Şirkət, bu fikirini Mərkəzi Statistika Bürosunun açıqladığı rəqəmlərlə əlaqələndirir. Rəsmi məlumatlara görə qadın eynicinlilərin 30 faizi, kişi eynicinslilərin 22 faizi yaşadıqları bölgədə özlərini təhlükəsiz hiss etmir.

 



Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs