news Image
2014.06.20
10:27
| A A A
Keçmiş və müasir telefonları birləşdirdilər-FOTO

Keçmişdə istifadə olunan telefonlar bu günün mobilləri ilə birləşdirilib, ortaya bu cihaz çıxıb. Əvvəllər 11-rəqəmli nömrəni axtarmaq ən az 15 saniyə davam edirdi. Movqe.Az xəbər verir ki, günümzün ağıllı mobil telefonlarında və hətta Android əməliyyat sistemli ev telefonlarında bu müddət 3-4 saniyəyə enmiş vəziyyətdədir. Keçmiş telefonlarda sıfır rəqəminin ən sonda olduğunu xatırlayarsınız. Təkcə 0 rəqəmini tapmağın 1 saniyə davam etdiyi  bu telefonlar indiki vaxtda istifadə edilmir. Texnoloji cihazlar üçün güc təchizatları çıxaran NXP şirkətinin bir müsabiqəsinə qatılan Slovak Jaromir Sukuba isə, keçmiş telefonun çarxını və cib telefonunu birləşdirərək maraqlı bir proyektə imza atıb. Telefonun üzərində 3 ədəd düymə və köhnə telefonlarda gördüyümüz çarx var. Bu 3 düymə cihazın güc, təsdiq, və nömrəni silmə əməliyyatlarını edir. Çarx isə, təbii olaraq nömrəni çevirməyinizə yarayır. SIM kart girişi olan bu telefonla SMS göndərmək və ya tvit atmaq, əlbətdə ki, mümkün deyil.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs