Əlaqə Arxiv
news Image
2014.06.20
17:30
| A A A
Biznesmenə qız hədiyyə etdilər!

23 yaşındakı gənc qızı iş adamına gəlin olaraq hədiyyə etdilər. Cənubi Afrikada ölkənin milli yayım quruluşunun (SABC) müdiri Hlaudi Motsoenengə hədiyyə olaraq bir kəniz verildiyi ortaya çıxıb. Cənub Afrikadakı rəsmi dillərdən olan Vendanı danışan qəbilələr, Motsoenengdən öz dillərində daha çox program verməsini tələb edib. Movqe.Az xəbər verir ki, Motsoenengin Limpopo əyalətinə etdiyi ziyarətdə Venda dilini danışan qəbilə liderləri milli yayım quruluşunun müdiriylə görüş fürsəti tapıb. Qəbilə liderləri, Motsoenengin qarşısına aralarından birini seçib yoldaş olaraq alması üçün 10 gənc qız çıxarıb.  Hlaudi Motsoeneng, namizədlərdən 23 yaşındakı insan resurslarının idarə edilməsi üzrə təhsil alan Vanessa Mutsvarini seçib. Biznesmenə gənc qızla yanaşı bir inək və dana hədiyyə edildiyi də deyilib.



Sizin Reklam Yeriniz