Əlaqə Arxiv
news Image
2014.06.22
14:04
| A A A
Dünyanın ən eybəcər iti seçildi
Kaliforniyada artıq 26 ildir ki, dünyanın ən eybəcər iti müsabiqəsi keçirilir.

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, hakimlər heyvanın xarakterini, təbii çirkinliyini və qeyri-standart atributlarının mövcudluğunu qiymətləndirirlər.

Bütün iddiaçılar baytarlıq yoxlamasını məcburi keçməlidirlər, çünki müsabiqəyə yalnız çirkin itlər buraxılır.

Təşkilatçılar iddia edirlər ki, müsabiqəni heyvanları alçaltmaq məqsədi ilə keçirmirlər. Onlar it sahiblərinə öz heyvanlarını nümayiş etdirməyə imkan yaradırlar.

Qeyd edək ki, bu il seçilən dünyanın ən eybəcər iti haqda əlavə məlumat verilmir.
Sizin Reklam Yeriniz