Əlaqə Arxiv
news Image
2014.06.24
13:29
| A A A
"Google"dan yeni musiqi tətbiqi

Dünya texnologiya nəhəngi Google hər ötən gün yeni bir inkişaf ilə insanların qarşısına gəlməyə davam edir. Google axtarışlarında artıq bir düymə ilə istədiyiniz mahnıları mobil telefon tətbiqlərindən dinləyə biləcəksiniz.. Google mobil axtarışlarda inqilab kimi bir yenilik edib. İnsanların istədiyi musiqiləri tapıb dinləməsi artıq daha asan bir alır.


Google Axtarış Məhsul Müdiri Ceyson Douglas özünə aid olan blog vasitəsilə açıqlama verib.


Movqe.Az xəbər verir ki, Googleda artıq bir müğənninin adını axtaranda qarşınıza mobil telefonlarınızda aktivləşdirə bilecəyiniz bir siyahı gələcək.


Məsələn'' Michael Jackson'' olaraq Google üzərindən bir axtarış etdiniz. Android əməliyyat sistemli olan tablet və ya cib telefonunuzun nəticə səhifəsində musiqi tətbiqləri meydana çıxacaq. Hər hansı birinə toxunduda Michael Jacksonun mahnı siyahısı çalmağa başlayacaq.


Tətbiq bu an yalnız ABŞ-dakı android əməliyyat sistemli cihazlarda istifadə edilə bilir. Tətbiqin dəstəklədiyi musiqi programları; tunel, Spotify, Rdio, iHeartRadio, Youtube və Google Play Music olaraq bilinir.




Sizin Reklam Yeriniz