news Image
2014.06.24
16:12
| A A A
İnsana bənzəyən oyuncaq körpələr-FOTOLAR

Bu gün insan övladına bənzəyən bu oyuncaq körpələr bir çox qadının analıq duyğularını tamamlamasına və ya yenidən yaşamasına icazə verir. Vendi Açer də belə analardandır. 

İngiltərənin Midlsbro şəhərində yaşayan 40 yaşlı Vendi Açer analıq duyğusunu əsl körpələrə bənzəyən oyuncaqlarla yaşayır. Öz körpələri kimi oyuncaqları sevən Vendi onlara əsl körpəyə edilən qayğını göstərir: səhər oyananda ilk iş olaraq onların bezini dəyişdirir, çimizdirir, yedizdirir. Vendi :"İnsanlar elə bilir ki, mən ağlımı itirmişəm. Lakin yaxın dostlarım görür ki, bu oyuncaq körpələr məni necə xoşbəxt edə bilir.  Mən uşaqları sevirəm. Mənə görə onlar oyuncaq deyil, mənim körpələrimdir. Onlar çox gözəldirlər və mən onları həqiqətən sevirəm. Onlarsız yaşaya bilmərəm"deyib. 

Bundan əvvəl 22,15 və 13 yaşlı övladları olan Vendinin başqa uşağı ola bilməcəyindən o, sadecə 2000 sterlinq ödəyərək 4 oyuncaq körpə alıb və onlarla xoşbəxt həyat yaşayır. Qeyd edək ki, bu oyuncaq körpələr əsl uşaq qoxusuna malikdirlər, insan kimi həssasdırlar.



Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs