news Image
2014.06.24
19:32
| A A A
Albalının faydası

Yay aylarının sevilən meyvəsi hesab olunan albalı bir çox faydaları ilə tanınır. Məlumata görə bu sahədə fəaliyyət göstərən mütəxəssislərin bir çoxu vitamin və mineral anbarı kimi tanınan albalını beyin sağlamlığından həzm problemlərinə qədər bir çox xəstəliyə faydalı olduğunu bildiriblər. Bu meyvənin aspirin kimi güclü ağrı kəsici xüsusiyyətlərinin olduğu da deyilir. Beyin sağlamlığı üçün böyük əhəmiyyət daşıyan albalı Alzheimer kimi xəstəliklərə tutulma riskini də azaldırmış. 

Albalı tərkibindəki qida lifi sayəsində qəbizliyi önləməyə, ishalı kəsməyə və həzm problemlərini həll etməyə qadirdir. 

Həmçinin xəstəliklərə qarşı bədənin müqavimətini artırmağa, damar sərtliyinə, revmatizm, dizenteriyaya və s. xəstəliklərə qarşı xeyirlidir. 

Çox yaxşı bir ağrı kəsici və qızdırma salıcı olan bu meyvə əsəbləri sakitləşdirməyə də kömək edir.

Antioksidant xüsusiyyəti ilə ürək və damar xəstəliyinə qarşı insanları qorumağa kömək edən bu meyvə qanı təmizləməyə və sızanaq kimi dəri problemlərini önləməyə də yardımcı olur. Həmçinin yaşlanma əlamətlərini gecikdirməyə, sidik qovucu xüsusiyyəti ilə bədəni zəhərli və bir çox maddələrdən təmizləmədə rolu danılmazdır.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs