Bilindiyi "Google Glass" bundan aylar əvvəl 1500 $ qiymətiylə Amerikada satışa çıxarılmışdı. Avropada maraqla gözlənilən məhsul ötən günlərdə İngiltərədə 1000 pounddan (təxminən 1700 $) satışa çıxarılıb. Movqe.Az xəbər verir ki, inkişaf etdirmə müddəti davam edən məhsulun, geyilə bilən texnologiyalar arasında ən məşhur və ən maraqlı məhsul olması səbəbiylə ABŞ-da 1 gündə tükənən məhsul ehtiyyatının Avropada nə qədər tükənəcəyi maraq mövzusudur.
Daha əvvəl satışa təqdim edildiyi kimi yenə 5 fərqli rəng variantı ilə istifadəçi qarşısına çıxan məhsulun titan olan xüsusi ardıcıllığını almaq istəyənlər, 175 paund əlavə ödəmələri lazım olacaq.
1000 paundluq "Google Glass"ın texniki xüsusiyyətləri belədir:
Əməliyyat Sistemi: Android 4.0.3
Sistem Yaddaşı: 12 GB
Daxili Kamera: 5 megapiksel
Wi-Fi: 802.11b / g
GPS: Var
SMS: Var
Bluetooth: Var