Əlaqə Arxiv
news Image
2014.06.25
17:18
| A A A
Yalnış xərçəng diaqnozu ilə az qala yanağını itirirdi!

ABŞ-da yalnış xərçəng diaqnozu səbəbiylə gördüyü radioterapiya nəticəsində yanağında boşluq yaranan 30 yaşındakı qadın əməliyyat edilib. Lessya Kotelevskayanın Louisville Universitet xəstəxanasındakı əməliyyatı 16 saat davam edib, cərrah Jarrod Little, qadına planladıqları kimi yenidən çənə sümüyü və yanaq düzəltdiklərini söyləyib.


Ukrayna əsilli Kotelevskaya 19 yaşında olanda bir basketbol oyunnunda üzünə aldığı dirsək zərbəsi nəticəsində çənəsinin şişməsi ilə qoyulan ölümcül çənə xərçəngi diaqnozuyla həyatdan küsmüşdü.


Doktor Jarrod Little, əməliyyatdan əvvəl yeyib içərkən sağ yanağındakı boşluğu bağlamaq məcburiyyətində qalan Lessya Kotelevskayanın bundan sonra çənəsini problemsiz bir şəkildə aça biləcəyini söyləyib.




Sizin Reklam Yeriniz