Əlaqə Arxiv
news Image
2014.06.27
12:46
| A A A
Samsung yenə uduzdu!

Apple və Nokia bir araya gəlib; Samsung yenə uduzub. Apple və Nokia, ötən aylarda Samsunga, aralarındakı ticarət sirlərini açıqladığı üçün təzminat iddiası açmışdı. Samsungun bir işçisi, firmanın Apple və Nokia ilə etdiyi uzunmüddətli patent müqavilələrinin detallarını rəqib firmalara sızdırdığı üçün iki firmanın da zərər gördüyü iddia edilmiş və məhkəmə də Apple və Nokianın haqlı olduğunu demişdi.

Movqe.Az xəbər verir ki, Apple və Nokia daha sonra, Samsungun və müqavilələrin ortaya çıxmasında qüsuru olan vəkillik bürosu Quinn Emanuelin, iddia xərclərini qarşılaşması üçün sorğu keçirmişdi. Apple və Nokia vəkilləri, hadisənin iki firmaya səbəb olduğu zərəri təsbit etmək üçün etdiyi araşdırmanın əvəzi olaraq 2 milyon dollarlıq bir faktura çıxarıblar. Samsungun hüquq müşaviri  Quinn Emanuel vəkillik firması isə bu 2 milyon dolların daxilində Nokia və Apple vəkillərinin yedikləri yeməklərin və hətta taksi ödənişlərinin belə olduğunu iddia edərək ödəniş etməkdən boyun qaçırmışdı.




Sizin Reklam Yeriniz