news Image
2012.07.05
10:54
| A A A
Kişilər ev işi görəcək
Movqe.Az bildirir ki,Kişilərin süpürgə tutmaq, qab-qacaq yumaq və ya toz almaq kimi ev işləriylə maraqlanması prostat şikayətlərini əhəmiyyətli dərəcədə azaldır.

Nəticələri "British Journal of Urology International"da nümayiş olunan araşdırmaya görə, prostat şikayətlərini azaltmaq üçün hökmən nizamlı, ağır idman etmək lazım deyil. Sadəcə olaraq, yüngül fiziki fəaliyyətlər də bu narahatlıqları əhəmiyyətli ölçüdə aradan qaldırır.

"Nashville"dəki "Vanderbilt" Universitetinin mütəxəssisləri, Dr. Jay Foukenin başçılığın altında etdikləri araşdırmada, 405 xəstə kişinin prostat şikayətləri ilə fiziki fəaliyyətlərini müqayisə edib.

Daimi idman edənlərin yanında nizamlı olaraq ev işlərinə kömək edənlərin prostatla əlaqədar şikayətlərinin, fiziki olaraq aktiv olmayan kəslərlə müqayisədə daha az olduğu görülüb.

Ağır şikayətləri olan xəstələrin ev işi və ya idman etməyə başladıqları andan sonra da narahatlıqlarının yüngülləşdiyi təsbit edilib.

Fiziki fəaliyyətin xüsusilə kilolu kişilərdə şikayətləri azaltmaqda daha təsirli olduğu müşahidə edilib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs