Əlaqə Arxiv
news Image
2014.06.30
11:15
| A A A
Şəhzadə 50 ildir eyni ayaqqabını geyinir


Movqe.Az xəbər verir ki, İngiltərə Kraliçası II. Elizabetin 50 ildir simvolu halına gələn dəri ayaqqabılarının sirri tapılıb. 2003-cü ildən bu yana Kraliçanın paltarlarını hazırlayan stilist Stivard Palvin, Kraliçanın demək olar ki,  hər fotoşəkilində ən böyük ortaq nöqtə olaraq ortaya çıxan dəri ayaqqabılarıyla əlaqədar detalları açıqlayıb.  İngilis Daily Mail qəzetinə danışan Palvin, Elizabetin ayaqqabılarının Londonun Kensington bölgəsindəki tarixi Anello & Davide ayaqqabı fabrikində 4 nəfərlik bir qrup tərəfindən hazırlandığını bildirib. Özüylə eyni adı daşıyan anasının tövsiyəsi ilə bu ayaqqabı fabrikini seçən Kraliça Elizabet, buradakı ilk ayaqqabısını 1960-cı illərin əvvəlində tikdirmişdi. Kraliçanın yeni ayaqqabıdan narahat olmaması üçün, ayaqları Kraliça kimi 37 nömrə olan bir saray işçisi tərəfindən Buckingham Sarayı dəhlizlərində geyilib-açıldığını söyləyən Palvin, "Cinders adı verilən saray vəzifəlisi yeni ayaqqabıları pambıqlı corablar ilə birlikdə geyib bir müddət xalçalar üzərində gəzir" deyib.



Ayaqqabıları min sterlinqə hazırlansa da, kraliça köhnə ayaqqabılarını da təmirə verir.

Sizin Reklam Yeriniz