Əlaqə Arxiv
news Image
2014.06.30
11:38
| A A A
Türkiyədə də gey-parad keçirildi

LGBT fərdlərinin təşkil etdiyi "12-ci şərəf yürüşündə "Susma xeyir, homoseksuallar da var", "Alışın, hər yerdəyik" səsləri yüksəlib. Fəaliyyət üçün geniş təhlükəsizlik tədbirləri alınıb. Heteroseksualların da dəstəyiylə 50 mini keçən insanlar, İstiqlal Prospektində kilometrlərlə uzanan nəhəng göyquşağı meydana gətirib.


LGBT (lezbiyan, gey, biseksual, transgender, interseks) fərdlərin 22-ci dəfə təşkil etdiyi "Şərəf Həftəsi", İstiqlal Prospektində sona çatıb. Taksimdə yerləşən İngilis Konsulluğu binasına asdığı ​​göyqurşağı bayrağıyla yürüşə dəstək verərkən, İran Lezbiyan Transgender şəbəkəsindən bir qrup da dəstək üçün İstanbuldakı yürüşə qatılaraq, "Biz İrandan bütün insanlıq hüquqlarımızı istəyirik" posterini daşıyıb.


Movqe.Az xəbər verir ki, həmçinin Eurovisionda bu il Avstriyanı təmsil edib birinci olan Konçita Vurst da Taksimdəki yürüşə dəstək üçün kamera qarşısına keçib. Eynicinsli müğənni, paylaşdığı videoda, "Sizlərlə birlikdə ola bilməyəcəyəm üçün qısqanclıqdan partlayıram" deyib.

Sizin Reklam Yeriniz