Əlaqə Arxiv
news Image
2014.06.30
19:45
| A A A
Alış-veriş körpələrini unutdurdu!

Almaniyanın Münih şəhərində iki Finli turist bir yaşındakı Michael adlı uşaqlarını şəhər mərkəzindəki Mariem Meydanında unudaraq yollarına davam ediblər. Hadisənin səbəbi isə cütlüyün alış-veriş ehtirası olub. Movqe.Az xəbər verir ki, hadisə 22 yaşındakı bir Münihli qadının uşaq arabasında bir uşağın 20 dəqiqə müddətində tək olduğunu görüb polisə bildirməsi ilə ortaya çıxıb. Hadisə yerinə gələn iki polis, körpə avtomobilini ən yaxındakı polis bölməsinə aparıb. Körpə avtomobilində, olan Fin yazılı kartvizitdəki cib nömrəsindən heç kəsi tapa bilməyən polislər hadisə yerinə qayıdaraq, Almanca və İngiliscə olaraq megafonla insanlara müraciət ediblər. Beşinci anonsdan sonra həyəcanla qaçaraq polislərə gələn Finli ana və ata onlarla birlikdə polis bölməsinə gedib. 


Uşaqlarına qovuşan ana və ata gözyaşlarına qərq olub. Uşağın unudulma mövzusu da aydınlanıb. Aralarında sıra ilə yarım saat biri alış-verişə gedərkən o biri uşağa baxacaq deyə razılaşan cütlük, fərqinə varmadan hər ikisi də saat 15.00 -da digərinin, uşağa baxdığı düşüncəsiylə alış-verişə gediblər. 

Sizin Reklam Yeriniz