news Image
2012.07.05
16:00
| A A A
Bürclər və Meteohəssas İnsanlar
Movqe.Az xəbər verir ki, hər bir kəs öz orqanizminin xüsusiyyətlərindən və sağlamlıq vəziyyətindən asılı olaraq hava dəyişikliklərinə fərqli reaksiya verir. Məlum olub ki, meteohəssaslıq həm də insanın hansı Zodiak bürcü altında doğulmasından asılı imiş. 


QOÇ. Bu bürcün təmsilçiləri günəşli havada və atmosfer təzyiqi yüksək olduqda özlərini yaxşı hiss edirlər. QOÇLAR yüksək günəş aktivliyinə həssasdırlar. Hər il martın 22-si ərəfəsi və bu tarixdən sonrakı bir-neçə gün onlar üçün çox ağır mərhələdir. Həmin günlərdə baş ağrıları,gözlərin yanması, yuxusuzluq davamlı olaraq QOÇLARIN əhvalını pozur. Qulaq seyvanının masajı, pişikotu və nanə efir yağları ilə inqulyasiya yaxşı kömək edər.


BUĞA. BUĞALAR hava dəyişikliklərinə o qədər də həssas deyillər. Lakin atmosfer təzyiqinin azalmasına reaksiya mümkündür. Belə mərhələlərdə sağlamlığı qorumaq üçün kontrast su (soyuq və isti) prosedurları, bədənin dəniz suyu ilə ovuşdurulması, çobanyastığı və biyan kökü cövhərinin qəbulu tövsiyə olunur.


ƏKİZLƏR. Bu bürcün təmsilçilərinin çoxu həm günəşin yandırıcı şüaları altında, həm də yağışlı havada özlərini yaxşı hiss edirlər.Amma maqnit qasırğalarına reaksiya verirlər- yüksək əsəb oyanıqlığı və hərəkətlərin kordinasiyasının bir qədər pozulması müşahidə edilir. Bu təzahürlərin profilaktikası üçün gündə dörd dəfədən az olmayaraq müxtəlif cür qidalanma lazımdır. Bir neçə dəfə cirə toxumu əlavə edilmiş çay kömək edər.

XƏRÇƏNG. Bu bürcün təmsilçiləri Ayın ritmindən çox asılıdırlar. Ay tsiklləri növbələşdikdə astma, miqren, nevrasteniya kəskinləşir. Bu mərhələdə Xərçənglərə dinclik və sakitlik lazımdır. Yatmazdan əvvəl şam ağacı ekstraktı ilə ilıq vanna qəbul etmək və ballı süd içmək yaxşıdır.

ŞİRLƏR. Bu bürcün nümayəndələri özlərini gur günəş şüaları altında çox da yaxşı hiss etmirlər. Onların səhhəti günəşin aktivlik mərhələsindən asılıdır. Çox zaman Şirlərin günəşin aktivliyinin dəyişməsinə reaksiyası ürək-damar sistemi tərəfindən müşahidə olunur. Profilaktika kimi orta fiziki yüklənmələr, ultrabənövşəyi şüalardan istifadə tövsiyə edilir. Ürəkotu, çəhrayı radiola və ya jenşen cövhərlərini daxilə qəbul etmək yaxşıdır.

QIZ. Bu bürcün təmsilçilərinin meteohəssaslıq mərhələsi 3 ay davam edir. Yəni hər 3 aydan bir orqanizmdə arzuolunmaz reaksiyalar baş qaldıra bilər. Sağlamlığı qorumaq üçün ardıcıl fiziki yüklənmələr, balanslaşdırılmış, bağırsaqların təmizlənməsi , cirə kəklikotu, cəfəri dəmləmələri tövsiyə olunur.

TƏRƏZİ. Bir qayda olaraq, TƏRƏZİLƏR meteodəyişikliklərə , xüsusən də sentyabrın 22-dən əvvəl və sonra doğulanlar maqnit aktivliyinin illlik maksimum göstəricisinə qarşı çox həssasdırlar. Gərgin günlərdə kəskin temperatur dəyişikliklərindən , hamama ,saunaya getmək yaxşıdır, bu, istilik mübadiləsini yaxşılaşdırır.

ƏQRƏB. Ən meteodavamlı bürcün təmsilçiləridir. Yalnız günəş fəallığı tsikli onlara təsir göstərir. Bu zaman dərinin maddələr mübadiləsi məhsullarından, orqanizmdə mayenin ləngiməsi üzündən dərinin kifayət qədər təmizlənməsi kimi reaksiyalar mümkündür. Qüvvələri bərpa etməkdən ötrü hamama getmək yaxşıdır,bu, istilik mübadiləsini möhkəmləndirir.

OXATAN. Onların çoxu hava dəyişikliklərini sakitcə keçirirlər, yalnız hərdən bir ürək-damar xəstəliklərinin kəskinləşməsi mümkündür. Buna görə də maqnit qasırğaları ərəfəsində çox yemək və həddən artıq yağlı qida qəbul etmək olmaz. Dazıotu, dəvədabanı və adaçayı dəmləmələrindən istifadə etmək yaxşıdır.

OĞLAQ. Bu bürcün təmsilçiləri həm şaxtanı, həm də günəşli havanı çox sevirlər, havanın dəyişməsinə asan reaksiya verirlər. Maqnit qasırğaları zamanı onların orqanizmində durğunluq halları, oynaq ağrıları narahat edə bilər. Bu günlərdə onlara kontrast (isti və soyuq) duş və bədənin masajı tövsiyə edilir.Yemişan, gülümbahar cövhəri də məsləhətdir.

DOLÇA. Havanın dəyişikliyi - çovğun, dolu, sulu qar onların xoşuna gəlir. Yalnız zəifləmiş DOLÇALARDA ürək ritminin pozulması mümkündür. Belə günlərdə sintetik materiallardan tikilmiş və xəz geyimlər məsləhət görülmür. Ətirşah, mayaotu, və sidr efir  yağlarını iyləmək yaxşıdır.

BALIQLAR. Bunlar ən həssas Zodiak bürcüdür. Onlar aşağı təzyiqli rütubətli havada daha rahat olurlar. Sağlamlığı möhkəmləndirməkdən ötrü orqanizmin təmizlənməsini stimullaşdıran pəhriz gözləmək lazımdır.Ətirli efir yağlarından istifadə də kömək edir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs