news Image
2014.07.12
07:12
| A A A
1970-ci illərdə kosmosa göndərilən Voyager-1 haradadır?

Voyager-1 kosmik aparatından alınmış yeni məlumatlar bu aparatın indiki məqamda həqiqətən ulduzlararası fəzada olduğunu təsdiq etməkdə alimlərə yardımçı olub

Voyager-1 ötən il- alimlər onun 2012-ci ilin avqustunda heliosferi- Günəşi əhatə edən yüklü hissəciklər və maqnit səhələrinidən ibarət nəhəng qovuğun hüdudlarını tərk etdiyini bəyan edən vaxt bütün KİV-in diqqət mərkəzində olmuşdu.

Onlar tacvari kütlənin atılması başlanan vaxt Voyager-1 kosmik aparatından alınmış məlumatların analiz etdikdən sonra bu fikrə gəliblər. Bu tullantının zərbə dalğası aparat ətrafındakı hissəcikləri güclü titrəyişə məruz qoyub və bunun sayəsində missiya mütəxəssisləri onun ətrafındakı sıxlığı ölçə biliblər.

Bu sıxlıq heliosferin xarici təbəqələrində müşahidə edilən sıxlıqdan xeyli yüksək olub. Və bundan sonra alimlər bu nəticəyə gəliblər ki, aparat kosmosun yeni zonasına daxil olub. (Ulduzlararası mühit Yerə yaxın sahəyə nisbətən səhralıqdır, bununla belə, Günəş sistemi heliosferin kənarında çox nazilir).

Yuxarıda sözügedən tacvari tullantı 2012-ci ilin martında baş verib, onun zərbə dalğası isə Voyager-1 kosmik aparatına 2013-cü ilin aprelində çatıb.

Bu məlumatlar alınandan sonra alimlər 2012-ci ilin sonunda baş vermiş və hiss edilməyən daha bir- çox zəif tacvari tullantı haqqında məlumat əldə ediblər.

Mütəxəssislər bu ayrı-ayrı dəyişiklikləri Voyager-1 aparatının kreyser sürəti ilə kombinasiya edərək müəyyən edə biliblər ki, aparat 2012-ci ilin avqustunda ulduzlararası fəzaya çıxıb.

Indi alimlər bunu təsdiq edən başqa bir fakt- bu ilin martında Voyager-1 aparatına çatan üçüncü tacvari tullantının zərbə dalğası haqqında məlumat əldə ediblər. Bu barədə NASA iyulun 7-də məlumat yayıb.

"Biz yeni məlumatları analiz etmək imkanına görə çox şadıq"- Voyager-1 missiyasının Ayova ştatı Universitetindən olan baş tədqiqatçısı Don Gurnettinin bəyanatında bildirilir. "Deyə bilərik ki, bu, kosmik aparatın ulduzlararası fəzada olduğunu təsdiq edir".

Ulduzlararası fəza heliosferin bitdiyi yerdən başlanır. Buna baxmayaraq, bəzi məlumatlara görə, Voyager-1 kometlərin yerləşdiyi Oorta Buludu adlanan sahə ilə əhatə olunmuş Günəş sistemi hüdudlarındadır. Oorta Buludunun Yerdən nə qədər məsafədə olduğu isə dəqiq məlum deyildir. Amma NASA alimləri hesablayıblar ki, Voyager-1 bu sahədən 14 000- 28 000 min ildən sonra çıxacaq.

Gəmi 1977-ci ilin sentyabrında – öz əkizi Voyager-2 kosmik aparatından iki həftə sonra buraxılıb. Bu aparatlar "böyük tur"a Günəş sisteminin xarici hissəsi üzrə başlayıb və dünyaya Yupiter, Saturn, Uran, Neptun və onların peyklərinin ilk keyfiyyətli fotoşəkillərini göndərib. Voyager-1 kimi Voyager-2 aparatı da aktivdir və fəaliyyət göstəririr.

Voyager-1 çəkisi 723 kq olan avtomatik aparatdır. O, insan tərəfindən hazırlanmış Yerdən ən uzaq məsafədə olan və ən sürətlə hərəkət edən obyektdir.

Aparatın bortuna güman edilən yadplanetlilər üçün Yerin olduğu yerin göstərildiyi, həmçinin bir sıra təsvir və səslərin yazıldığı qızıl val bərkidilib.

Onun uçuş vaxtı 36 il, 10 ay, 3 gün təşkil edir. Aktiv mövcud olma müddəti 38 ildir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs