Əlaqə Arxiv
news Image
2014.07.15
08:28
| A A A
Qeyri-adi taxta mebel hazırlanıb

Dizayner ortasında çay olan taxta mebellər seriyası hazırlayıb. Biz artıq taxta mebellərin müxtılif növləri ilə çoxdan tanışıq. O, həmişə əla görüntüsü ilə fərqlənib. Taxta kimi ağac materialı hər zaman insanı heyran edir, ona harmoniya hissiyyatı, mübət enerji, istilik və rahatlıq bəxş edir. Bununla belə, hər bir taxta mebel seriyası bir-birindən müəyyən dərəcədə fərqli olur. Bu gün isə dizayner bizə ortasında çay olan çox qeyri-adi mebel təqdim edir.

Bu cür fantastik və qeyri-adi mebel seriyasını dizayner Qreq Klassen hazırlayıb. Müəllif özünün yeni kolleksiyasını "Çay kolleksiyası" adlandırıb. Doğrudan da, ona baxarakən, taxtadan olan masanın və ya stulun ortasında çay görmək olar və bu, sadəcə olaraq, heyrətamiz görünür. Dizaynerin yeni seriyasından olan mebel dağ gölləri və çaylarının büllur kimi təmiz suyundan ibarət təbii landşaftı xatırladır. Dizayner etiraf edir ki, onun yeni seriya mebellərinin hazırlanmasında ruhlanmasına səbəb Vaşinqtonda axan Nooksack Rive çayı olub. Dizayner öz taxta mebellər seriyasında əsasən qoz və ağcaqayın ağaclarından istifadə edib. Məhz bu iki ağac növü öz dərin rəngləri, həmçinin təbii şəkilləri və çatları sayəsində öz xüsusiyyətini əla nümayiş etdirir.

Dizayner öz yeni mebel seriyasında müxtəlif ölçülü- kiçik qəhvə stullarından tutmuş böyük konfrans masalarına kimi hər cür masalar və stullar hazırlayıb və onların hamısı eyni cür dəbli və harmoniyalı görünür. Qreq Klassenin ideyası kifayət qədər yenidir və öz sadəliyi, eyni zamanda qeyri-adiliyi və orijinallığı ilə bir çox həmkarlarını valeh edib. Nədənsə, bu cür ideya indiyə kimi heç kimin ağlına gəlməyib. Təbii ki, Qreq Klassenin taxta mebellər seriyasında sudan istifadə olunmayıb, bu cür effekti taxta ilə təmasda mavi rəngli şüşə yaradır.

Sizin Reklam Yeriniz