Südəmər körpələr ana ilə birlikdə yatmamalıdır
Pediatrlar analara südəmər körpələri ilə birlikdə yatmamağı məsləhət görürlər. Onlar hesablayıblar ki, bu vaxt uşağın yuxuda gözlənilməz ölüm riski (gözlənilməz uşaq ölümü sindromu- GUÖS) artır.
Mütəxəssislər 2004-2012-ci illər arasında ABŞ-ın 24 ştatında GUÖS hadisələrini analiz ediblər. Bu hadisələr daha çox 1-4 aylıq körpələrlə baş verir.
Analiz olunmuş 8207 GUÖS hadisəsindən 69% halda uşaq anası ilə birlikdə yatıb.
Amerika Pediatrlar Assosiasiyasının mütəxəssislər məsləhət görürlər: uşaq valideynlərinin yanında öz çarpayısında yatmalıdır; onu kürəyi üzərində yatızdırmaq lazımdır.