Əlaqə Arxiv
news Image
2014.07.18
08:16
| A A A
Yağlı qidalar kökəlməyə səbəb olmur

Stənford İnstitutundan olan amerikalı alimlər tərəfindən dəqiq müəyyən edilib ki, yüksək piy tərkibli qida çəkinin artmasına gətirib çıxarmır. Bununla bağlı alimlər həmçinin belə bir faktı da ortaya qoyublar ki, son iyirmi beş ildə gündəlik yemək rasionu üzrə kaloriliyin dərəcəsi çox artmayıb. Buna baxmayaraq, kökəlmədən əziyyət çəkən insanların sayı ildən-ildən artmaqda davam edir.

Alimlərin bildirdiyinə görə, bu fakt son iyirmi ildə insanın fizioloji fəallığı ilə birbaşa bağlıdır. Bu nəticəyə gəlməyə imkan verən tədqiqat prosesinin əsasını 1988-2010-cu illərdə 17 min insan arasında aparılmış sorğunun nəticəsi təşkil edib.

Statistikaya əsasən, bu illər ərzində idmanla məşğul olmayan insanların sayı faizlə nisbətdə kifayət qədər artıb. Alimlər məhz bu reallıqdan çıxış edərək bu qədər qeyri-adi nəticəyə gəliblər.


Sizin Reklam Yeriniz