Əlaqə Arxiv
news Image
2014.07.19
14:00
| A A A
Günortadan sonrakı yuxu

Gün ərzində bir saatdan çox yatmayın!

Movqe.az xəbər verir ki , İngiltərədə aparılan tədqiqata əsasən, gün ərzində bir və ya bir neçə dəfə yatan şəxslərin tənəffüs yolu xəstəliklərinə tutulma ehtimalı çox olur. Kembric Universitetinin apardığı araşdırmada yalnız gecələr yatan şəxslərlə günorta yatan şəxslər müqayisə edilib. Tədqiqatın nəticəsinə əsasən, gün ərzində yuxu müddəti artdıqca bronxit, emfizema və sətəlcəm kimi xəstəliklərə tutulmaq nisbəti artıb. Araşdırmada iştirak edən professor Jim Hornenin sözlərinə görə, ağciyər xəstəlikləri yuxu zamanı inkişaf etməyə başladığı üçün sadalanan xəstəliklərə gün ərzində bir saatdan çox yatan şəxslərdə daha çox rast gəlinir.

Gün ərzində işləyən və daim fəalhərəkətdə olaninsanın müəyyən vaxtlarda, xüsusilə günorta saatlarında yatması təbii haldır. Görəsən insanın - şəhərin səs-küyündən yorulub, gün ərzində fəal hərəkətdə olaraq axşama kimi yatmamağı və məhz axşam yatmağı sağlamlıq cəhətdən kafidirmi? Sualımıza cavab tapmaq üçün psixoloqlarının fikirlərinə müraciət edək.

13 illik tədqiqatın nəticəsi

Araşdırma çərçivəsində13 il müddətində16 min şəxs izlənıb. Onların həyat tərzi və yuxu vərdişi ilə bağlı bir neçə sınaq aparılıb. Məlum olub ki, hər gün günortadan bir qədər sonra yatan şəxslərdə erkən ölüm riski daha da artıb. Qeyd olunub ki, günorta bir saatdan artıq yatan şəxslərdə və günortadan sonra daim yatan şəxslərdə tənəffüs yolları xəstəliklərinin inkişafı daha çox olub. Günorta saatlarında bir saatdan az yatan şəxslərdə xəstəliyə tutulma riski 14% olduğu halda, günortadan sonra yatan şəxslərdə bu risk 32% təşkil edib. Tədqiqatın nəticələrini araşdıran professor Jim Horne qısamüddətli gunorta yuxusunun hər bir orqanizmə faydalı olacağını qeyd edib.

Sizin Reklam Yeriniz