Əlaqə Arxiv
news Image
2014.07.23
08:17
| A A A
ABŞ-a işləyən yadplanetli

1995-ci ildə amerikalı mühəndis və geoloq Fil Şnayder naməlum kişinin fotoşəklini yayıb. Şnayderin sözlərinə görə, o, bu adamla məxfi hökumət tapşırıqlarını yerinə yetirən zaman qarşılaşıb. Onun adı Valiant Tor olub və ABŞ hökumətinə işləmək üçün Veneradan gəlib. Ən azı, Torun özü belə deyib.

Fotoşəkil Şnayder tərəfindən onun oxuduğu mühazirə zamanı göstərilib. Bildirib ki, şəkil 1943-cü ildə çəkilib. Şnayder əlavə edib ki, Tor yalnız görüntüsünə görə adama bənzəyib. O, fizioloji cəhətdən adi adamlardan çox fərqlənib. Belə ki, guya onun hər əlində altı barmaq olub, ürəyi böyük, ağ ciyəri bir və çox böyük ölçüdə, qanının tərkibində mis oksidi olub.

Fil Şnayder qeyd edib ki, yeraltı hərbi bazaların tikintisi üzrə məxfi hökumət layihələrində iştirak edib, həmçinin məşhur "Zona-51"də işləyib və orada Torla tanış olub. Torun intellekt əmsalı 1200 təşkil edib ki, bu da insan ölçüsünə uyğun gəlmir. O, təqribən 100 dildə, o cümlədən yadplanetli dilində sərbəst danışa bilib, yaşı isə, guya, 500 ilə yaxın olub.

Bundan başqa, Şnayder bildirib ki, ona çoxlu hökumət sirləri məlumdur. Məsələn, Amerika hökumətinin sərəncamında artıq dəfələrlə praktikadan keçirilmiş zələzələ törədə bilən avadanlıq vardır; 1954-cü ildə ABŞ hakim dairələri və "boz adamcıqlar" arasında Qrenada müqaviləsi" adlı müqavilə bağlanıb; SPİD virusu bəşəriyyət üzərində nəzarət aləti kimi Çikaqo laboratoriyasında hazırlanıb və nəhayət, yadplanetlilərin Yerə hücumu gözlənilir.

Fil deyirdi ki, o, 1979-cu ildə Dulsedəki yeraltı hərbi bazada Amerika xüsusi xidmət orqanlarının nümayəndələri və yadplanetlilər arasında baş vermiş atışmadan xilas olan üç adamdan biri olub. Nəticədə Şnayder yadplanetlinin silahının təsirindən radiasiya alıb və sonra xərçəng xəstəliyinə tutulub.

Şnayder 1995-ci ildə mühazirə zamanı bildirib ki, son 22 ildə onun, necə deyərlər, hökumətin "Sui-qəsd nəzəriyyəsi" barədə məlumatı olan 11 ən yaxşı dostu vəfat edib. Səkkiz epizodda rəsmi olaraq intihar hadisəsi qeydə alınıb. O cümlədən Şnayderin 6 avqust 1993-cü ildə əvvəllər HHQ-də xidmət edən dostu Ron Rammel də onlar arasında olub. Rəsmi versiyaya görə, o, tapançadan öz ağzına atəş açıb. Amma yerə düşən tapançada nə qan, nə də barmaq izləri aşkar edilməyib. Ekspertiza isə göstərib ki, meyitin yanında tapılan ölümqabağı qeydi solaxay adam yazıb. Rammelin isə anadangəlmə işlək əli sağ əl olub.

Fil Şnayderin danışıqları 17 yanvar 1996-cı ilə qədər Valiant Tor haqqında informasiya yayılandan sonra o, öz otağında ölü tapılana kimi o qədər də ciddi qəbul edilməyib. Şnayder döşəmədə fortopianonun yanında uzanmış və boynuna məftil sarınmış vəziyyətdə olub. Ölümün rəsmi səbəbi kimi, müəyyən məlumatlara görə, onun bədənində işgəncə izlərinin olmasına baxmayaraq, intihar göstərilirdi. Bir çox ufoloqlar hesab edirlər ki, Amerika xüsusi xidmət orqanları Şnayderi ona görə aradan "götürüblər" ki, o, "çox şeylər bilirdi".

Veterans Today jurnalının baş redaktoru Qordon Daff Şnayderin Amerika hökumətinin yadplanetlilərlə təması barədə həddən çox məlumata malik olduğunu güman edərək onu "UNO şahidi" adlandırıb.

"Veneradan gəlmə" haqqında danışıqları və intiharı Şnayderə əziyyət verən paranoyyanın (ruhi xəstəlik) adına yazmaq olardı, lakin məlum olub ki, Şnayder Tor haqqında məlumata malik olan yeganə adam deyildir. Belə ki, doktor Frenk Streynces "Gəlmə Pentaqonda" kitabını dərc etdirib və orada 1959-cu ildə Valiant Torla öz görüşü haqda məlumat verib. Streyncesin təsvirinə görə, o, boyu 180 santimetrə yaxın və çəkisi 84 kq, şabalıd rəngli saçları və qonur gözləri olan bir kişi idi. Kitabda Torun ABŞ prezidentləri Duayt Eyzenhauer və Riçard Niksonla görüşləri haqqında danışılır. Yeri gəlmişkən, Eyzenhauerin yadplanetlilərlə əlaqəsi haqqında ABŞ hökumətinin sabiq məsləhətçisi Timoti Qud da danışıb.

Doğrudan da Valiant Tor adlı adam mövcud olubmu? Istisna deyil ki, Valiant Tor kimi təqdim olunanan hansısa bir subyekt olub, çünki ABŞ hökumətinin qəsdən UNO və gəlmələrlə əlaqələri ilə bağlı yalan informasiya yaydığı haqqında məlumatlar vardır. Bunun nə üçün edildiyini demək çətindir. Bəlkə bu ya həqiqi təmasları gizli saxlamaq, ya da "yadplanetli fərziyyə" ilə bir sıra məxfi hərbi texnologiyaları qapalı saxlamaq üçün edilir. Əlbəttə, yəqin ki, ikincisidir... Çünki indiyə kimi, heç olmasa, Günəş sisteminin planetlərindən birində, o cümlədən, guya, Torрun gəldiyi Venerada həyatın olması barədə heç bir sübut yoxdur.

Sizin Reklam Yeriniz