Əlaqə Arxiv
news Image
2014.07.24
17:55
| A A A
Zeytunun faydaları

Qida yağları içərisində faydalı yağlardan biri zeytundur. Zeytun yağı bizə lazım olan polidoymamış (omeqa-6) yağ turşuları verir, beləliklə biz doymuş yağ turşularını yeməyə məcbur olmuruq. Zeytun yağı, öd problemləri, qaraciyər və sarılıq xəstəliklərinə qarşı effektlidir.

Məlumata görə zeytun dünyanın ən sağlam ərzaqları qrupuna daxil edilir. Bu bitki və onun yağı səhhət üçün faydalıdır və qanda xolesterolun miqdarını azaltmaq qabiliyyətinə malikdir. Zeytun ürək və qan damarlarını ateroskelerozdan qoruyur; o, sağlam qidalanma modeli sayılan Aralıq dənizi pəhrizinin əsas komponentidir. Tərkibində olan E vitamini və polifenollar sağlamlıq üçün faydalıdır.

Yarpaqları və qabıqları, yüksək təzyiqi salmağa kömək edir. Zeytun qandakı şəkərin miqdarını salır. Qidalandırıcı bitkidir.

Əczaçılıqda, bəzi dərmanları hazırlamaqda da istifadə edilir. 

Bu bitkinin yarpaqları oleuropein, oleasterol, lein, olein turşusu və antioksidantlardan ibarətdir.

Ev dərmanlarında zeytun dənəsi, yarpaqları, qabıqları və yağı istifadə edilir.

Sizin Reklam Yeriniz