Əlaqə Arxiv
news Image
2014.07.25
09:16
| A A A
Şimali Koreya sualtı otel tikəcək

KXDR-in hakim dairələri öz olkələrini turistlər üçün daha cəlbedici etmək niyyətini bildiriblər. Bu məqsədlə Şimali Koreyanın Vonsan şəhərinin görməli yerlərindən birinə çevriləcək sualtı otel inşa etməyi planlaşdırırlar.

"Sualtı otel, gül parkı, beynəlxalq mətbuat zalı, sərgi pavilyonu, stadion və tikinti rayonları Kalma yarımadasında yerləşəcək"- Şimali Koreya qəzetlərindən birində yazılıb. Orada həmçinin qeyd olunur ki, otel üçün seçilmiş yer ideal turist zonasıdır, çünki o, Çin, Rusiya və Yaponiyadan cəmi iki saatlıq hava uçuşu məsafədə yerləşir.

Qeyri-adi obyektin tikintisi ilə Amerikanın turist şirkəti məşğul olacaq. "Biz artıq Pxenyandakı tərəfdaşlarımızla Vonsonda sualtı otelin inşası üzrə planları razılaşdırmışıq"- şirkətin qadın nümayəndəsi bildirib. Onun sözlərinə görə, layihə hələ müzakirə mərhələsindədir.

Təbii ki, beynəlxalq ictimaiyyət xüsusilə əhalisinin aclıqdan əziyyət çəkdiyini nəzərə alaraq bu cür ekzotik və bahalı otelin kasıb ölkədə tikilməsi ideyasını artıq tənqid edib.

Sizin Reklam Yeriniz