news Image
2012.07.09
15:42
| A A A
9 yaşlı tələbə

Movqe.az xəbər verir ki, ABŞ-ın Kaliforniya əyalətində yaşayan Tanişq Abraham adlı 9 yaşlı uşaq yüksək zəkasıyla ətrafını təəccübləndirib. Atası mühəndis, anası baytar olan Tanişq hələ 2 yaşında 1-dən 100-ə qədər saymağı bacarırdı, 4 yaşında isə standart zəka testlərində 99 faiz  müvəffəqiyyət əldə edirdi. IQ  səviyyəsi 148 olaraq  təyin edilən balaca dahi 4 yaşında  "üstün zəkalıların klubu" olaraq adlandırılan Amerika Mensa adlı birliyə daxil olub. Gənc dahi, keçən il də 8 yaşında ikən Kaliforniyadakı Amerika River Universitetinə qəbul edilən ən gənc şagird olub. Professor Stefen Sterlinq, "O universitetin ən müvəffəqiyyətli tələbəsidir. Digər şagirdlər də onu sevir, hörmət göstərir " deyib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs