news Image
2014.07.30
17:20
| A A A
Ən çox gözəllik əməliyyatlarının keçirildiyi ölkələr

Beynəlxalq Estetik Plastik Cərrahı Dərnəyi məlumatlarına görə Alman kişiləri cinsi orqan böyütmə əməliyyatlarında birinci olub. Bu əməliyyatı etdirən almanların sayı 2 min 786 olduğu açıqlanıb. Movqe.Az xəbər verir ki, Beynəlxalq Estetik Plastik Cərrahı Dərnəyi ISAPS (İnternational Society of Aesthetic Plastic Surgery) 2013-ci ildə dünya daxilində keçirilən gözəllik əməliyyatlarıyla bağlı məlumatları açıqlayıb. Açıqlanan məlumatlara görə, dünya daxilində 23 milyon 500 min nəfər, gözəlləşmək üçün bıçaq altına yatıb. Gözəllik əməliyyatı etdirənlərin 87 faizini qadınlar meydana gətirir, 3 milyon kişinin də daha yaxşı görünmək məqsədi ilə əməliyyatı gözə aldığı açıqlanıb. 

 ISAPS məlumatlarına görə ən çox üstünlük gözəllik əməliyyatları arasında sinə böyütmə əməliyyatı və yağ aldırma əməliyyatları olub, burun əməliyyatları, qırışlar, üz implantları və saç nəqli də tez-tez etdirilən əməliyyatlar arasında yer alıb.

 Rəsmi məlumatlara görə 1 milyon 773 min 584 qadın daha böyük sinə üçün əməliyyat etdirib. 1 milyon 614 min 031 nəfər yağ aldırıb, 954 min 423 nəfər isə daha gözəl burun üçün əməliyyat olunub. 

 Dünya daxilində ən çox gözəllik əməliyyatı etdirən ölkələr belədir: ABŞ / 3.996.631 - (17%) Braziliya / 2.141.257 - (9,1%) Meksika / 884.353 - (3,8%) Almaniya / 654.115 - (2,8 %) İspaniya / 447.177 - (1,9%)

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs