Qadınlar hamiləlik zamanı daha çox pul xərcləyir
Movqe.Az xəbər
verir ki, hamilə qadınların çoxu alış-veriş zamanı lazımsız
mallara çox pul xərcləyir. Onlar özlərinə və doğulacaq
körpələrinin ehtiyaclarını ödəmək üçün lazımsız yerə çoxlu pul
xərcləyirlər. Aldıqları malların yarısını isə heç istifadə də
etmirlər.Bu fakta əsas da gənc analar arasında rast gəlinib. Hamilə
qadınlar arasında keçirilən sorğulara əsasən məlum olub ki ,3
qadından biri hamiləlik zamanı çoxlu miqdarda pul xərclədiyini
təsdiqləyib.