news Image
2012.07.09
22:47
| A A A
Dünyanın ən çox çirklənməyə məruz qalan 10 şəhəri
Əhalinin sıx yerləşdiyi ərazilər daha çox çirklənməyə məruz qalır.  Movqe.Az ən çox çirklənməyə məruz qalan 10 şəhər haqqında məlumat verir.


1. Bağdad dünyanın ən çox çirklənməyə məruz qalan ölkələrdən biridir. Müharibə şəraiti və davamlı bombaların partlaması təmizlik aparılmasına maneçilik törədir.


2.Bruney Şimali Asiyada kiçik bir şəhərdir və nəqliyyat vasitələri havadakı karbon qazını artırır.


3. Banqladeşin paytaxtı Dakka da ən çox çirklənməyə məruz qalan ölkədir. Şəhər əsasən suyun çirklənməsindən əziyyət çəkir.


4.Sənaye şəhəri olan Karaçi Pakistanın ən çox inkişaf etmiş şəhəridir. Karaçidə xəstəliklərdən əziyyət çəkənlərin sayı artır. Burada insanların 35 %-i göz, dəri və ürək xəstəliyindən əziyyət çəkir.


5. Növbəti şəhər Nigeriyada yerləşən Laqos şəhəridir. Atmosfer çirklənməsinə daha çox məruz qalır. Laqosda hava çox zaman çirkli olduğundan dumanlı olur.


6.Meksika dünyanın ən böyük şəhərlərindən biridir. Şəhərdəki nəqliyyatın sıxlığı atmosferdə azot dioksid qazını artırır.


7.Ən çox çirklənməyə məruz qalan şəhərlərdən biri də Moskvadır.Nəqliyyatın sıxlığı hava çirklənməsini sürətləndirir.


8. Daha bir çirlənən şəhər isə Mozambikdə Maputadır. Maputanın küçələrində zibil tullantılarına çox rast gəlinir. Şəhərdə kanalizasiya sistemindəki nasazlıqlar da suların çirklənməsinə səbəb olur.


9. Mumbay böyük şəhərlərdən biridir. Şəhərdəki zibil tullantıları pis qoxuya və xəstəliklərə gətirib çıxarır.


10.Hindistanın paytaxtı Yeni Dehli də ən çox çirklənməyə məruz qalan şəhərlərdəndir. Zibil tullantıları və kanalizasiya sistemlərinin tənzimlənməmsi çirklənməyə səbəb olur.


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs