news Image
2012.07.10
12:08
| A A A
İnsanları qorxuya saldı
Movqe.Az bildirir ki, Çinli kəndirbaz gözləri bağlı şəkildə göstərdiyi nümayişində pərəstişkarlarını məyus edib.

"Guinness" Rekordlar Kitabına adını yazdıran Aisikaier Vubulikasimu uzunluğu 700 metr olan ip üzərində getməyə çalışarkən yıxılıb.

Gözləri bağlı şəkildə ip üzərində gedən kəndirbaz hadisədən kiçik sıyrıqlarla canını qurtarıb.

198 metr yüksəkliyə çəkilən ip üzərində gedən çinli macərapərəst yolunun bitməsinə 40 metr qalmış tarazlığını itirərək yıxılıb. Çinin Hunan əyalətində nümayiş edən kəndirbaz 50 dəqiqə ip üzərində qalıb.

Xatırladaq ki, Vubulikasimu 2009-cu ildə 100 metr yüksəklikdə 44.63 dəqiqə ip üzərində gedərək Rekordlar Kitabına düşüb.


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs