news Image
2012.04.09
11:12
| A A A
iPad və iPhone üçün böyrəyini satıb

Çində 17 yaşlı bir gənc iPad və iPhone ala bilmək üçün böyrəklərindən birini satıb.Qanunsuz orqan ticarətinə qarışan 5 nəfərlə bağlı iddia açılıb. İddiada, Çində xüsusilə gənclər arasında artan istehlak meylinin mənfi təsirlərinə qarşı müvafiq qoruma tədbirləri görülməməsi müzakirə edilib.

Çengcu şəhər prokurorları, şübhəliləri 17 yaşındakı gəncin böyrəyini alaraq qəsdən ona zərər verməkdə təqsirləndirib. Şübhəlilər arasında bir cərrah, xəstəxana işçisi və orqan dəllallarının olduğu qeyd edilib.

Dəllalların birinin böyrək üçün 35 min dollar aldığı, gəncə isə 3500 dollar verdiyi bildirilib. Hadisə, ailəsinin gəncdən iPhone və iPad-i necə alması ilə bağlı araşdırması zamanı ortaya çıxıb.

Çində 1,5 milyon adamın orqan nəqlinə ehtiyacı olduğu, lakin hər il yalnız 10 min nəql edildiyinin və bu vəziyyətdə qeyri-qanuni orqan ticarətini artırdığını göstərir .


Ziba Yusifova

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs