Əlaqə Arxiv
news Image
2012.07.10
16:01
| A A A
Uzun yaşamaq istəyirsənsə, az otur!

Movqe.az xəbər verir ki, az hərəkət etmək həyat müddətini qısaldır. İngilis Tibb jurnalında nümayiş olunan araşdırmaya əsasən gündə 3 saatdan az oturmaq həyat müddətini təxminən 2 il uzadır. Araşdırmada ABŞ, Kanada, Avstraliya və Şotlandiyada son illərdə nümayiş olunan hərəkətsiz həyat tərziylə əlaqədar 5 məqalənin nəticələri qiymətləndirilib. Elm adamları ABŞ Xərçəng Birliyi tərəfindən edilən araşdırmaya görə 123 min 216 nəfərin iştirak etdiyi nümayişdə gündə 6 saatdan çox hərəkətsiz qalanların ölüm riskinin, gündə 3 saatdan az hərəkətsiz qalanlardan 20 faizindən daha yüksək olduğu ifadə edilib. Kişilərdə ölüm riskinin 17 faiz,  qadınlarda isə 37 faiz olduğu deyilib. O da qeyd olunub ki, az hərəkət etmək diyabet və ürək-damar xəstəlikləri riskini də artırır.

Sizin Reklam Yeriniz