Əlaqə Arxiv
news Image
2012.07.12
12:08
| A A A
Meymunların üsyanı

Movqe.az xəbər verir ki, Almaniyanın Hannover şəhərindəki Erlebnis heyvanxanasında 5 meymunun hücrəsindən qaçması çaxnaşmaya səbəb olub. Belə ki, 5 yaşlı bala qız meymunun hücumu nəticəsində başından yaralanıb. Bununla yanaşı heyvanlara baxmağa gələn 2482 ziyarətçi də oradan uzaqlaşdırılıb. Heyvan baxıcıları narkotik iynələr və silahlarla heyvanları təsirsiz hala gətirməyə çalışarkən, təhlükəsizlik qrupları da heyvanxananın ətrafını əhatələyib. Meymunlar hücrələrinə salındıqdan sonra park da ziyarətçilərin üzünə yenidən açılıb.

Sizin Reklam Yeriniz